Astara rayonunda keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb, onlardan ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Cənub Media xəbər verir ki, polis əməkdaşları sərhədçilərlə birgə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.
Tədbir zamanı A. Əhədov, E. Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar. Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cənub Media, Astara