Astara Olimpiya İdman Kompleksində sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara və Şirvan-Salyan regionlarını təmsil edən idmançılar arasında yoldaşlıq görüşü təşkil olunub. Yarışda 9 komandanın 500 idmançısı iştirak edib.
Cənub Media xəbər verir ki, noyabrın 20-21-də keçirilən görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Yarışda altı şəhər və rayonu, eləcə də müxtəlif idman təşkilatlarını, cəmiyyət və klubları, müəssisələri təmsil edən komandalar fəxri yerlər uğrunda mübarizə aparıblar.
Tədbirin sonunda iştirak edən bütün idmançılara Astara Olimpiya İdman Kompleksinin sertifikatları təqdim olunub.
Cənub Media, Astara



