Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ərçivan qəsəbəsindən keçən qaz xətti zədələnib. Bu səbəbdən rayonun beş kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Cənub Media xəbər verir ki, hadisə ilə əlaqədar saat 05:30-dan etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Cənub Media, Astara