Masallı rayonunun yetirməsi, azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində uğurlu nəticə əldə edib.
Cənub Media xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı avstraliyalı Ceyk Metyuzla qarşılaşıb. Üç raund davam edən gərgin döyüş hakimlərin yekdil qərarı ilə Tahir Abdullayevin qələbəsi ilə başa çatıb.
Masallı idmançısının bu uğuru onun idman karyerasında diqqətçəkən nəticələrdən biri kimi qiymətləndirilir.
Cənub Media, Masallı