27 Sentyabr – Anım Günü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib.
Cənub Media xəbər verir ki,Rafiq Cəlilov şəhid Asif Kərimov, şəhid Ədalət Hüseynli və şəhid Araz Qardaşxanovun ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Görüşlər zamanı şəhidlərin döyüş yolu və Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan danışılıb.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin şəhid Səid Həsənovun ev-muzeyini ziyarət edib. Burada şəhidin həyat yolu, keçdiyi döyüş yolu və əziz xatirəsi ilə bağlı məlumatlar yad edilib.
Rafiq Cəlilov bildirib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin xatirəsi hər zaman böyük ehtiramla yad olunacaq.
RİH başçısı şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğının Cəlilabad rayonunda da davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, şəhid ailələrinin müraciətləri diqqətdə saxlanılır, onların sosial və məişət problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
İlkin Adıyev, Cənub Media