Cəlilabad rayonunun Kazımabad kəndində fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Cənub Media xəbər verir ki, Adil Əliyevə məxsus kürsülü, birmərtəbəli, ümumi sahəsi 80 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb edilsə də, alovun qarşısını almaq mümkün olmayıb. Nəticədə yaşayış evi ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb.
Cənub Media, Cəlilabad