Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov sentyabrın 24-də növbəti vətəndaş qəbulunu keçirib.
Cənub Media xəbər verir ki, qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini çatdırıblar.
Müraciətlər əsasən sosial-məişət məsələləri, məşğulluq və digər məsələlərlə bağlı olub.
Araz Əhmədov vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti struktur bölmələrinə göstərişlər verilib.
Rayon rəhbəri vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının diqqətdə saxlanıldığını bildirib.
Əlihüseyn Şükürov, Cənub Media