Lənkəranda gənclər arasında narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Cənub Media xəbər verir ki, noyabrın 13-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir hərbi hissənin ərazisində baş tutub.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliğinin, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyətindən danışıb.
Maarifləndirici söhbət zamanı gənclərin zərərli vərdişlərdən uzaq durmasının, sağlam həyat tərzinə üstünlük verməsinin və cəmiyyətdə fəal mövqe tutmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi gəncləri sağlam həyat tərzinə təşviq etmək, onları narkomaniya və digər zərərli vərdişlərdən çəkindirmək, cəmiyyətə sağlam düşüncəli, fəal və vətənpərvər gənclərin qazandırılmasına töhfə vermək olub.
Cənub Media, Lənkəran

