Lənkəran-Astara regionunda təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris köməkçi vəzifələrə işə qəbul üzrə keçirilən test imtahanlarında 879 namizəd iştirak edib.
Cənub Media xəbər verir ki, noyabrın 17, 19 və 20-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindəki vakant yerlər üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub.
İmtahan zamanı namizədlərə 60 test tapşırığını cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib. İştirakçılar imtahan başa çatdıqdan dərhal sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər.
Cənub Media, Lənkəran