Astarada 60 yaşlı sürücü qəza nəticəsində ölüb.
Cənub Media xəbər verir ki, Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Hamuşam kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Əlikram Ağayev idarə etdiyi “VAZ-2121” markalı avtomobillə torpaq yolda hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarına aşıb. Sürücü Əlikram Ağayev hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Əldə olunan məlumata görə, Əlikram Ağayev əvvəllər kənd məktəblərindən birində müəllim kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media