Masallı rayonunun Mahmudavar kəndində Vətən müharibəsi şəhidi Qasımov Nayib Akif oğlunun şəhadətinin 6-cı ildönümü qeyd olunub.
Cənub Media xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, din xadimləri, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar şəhid Nayib Qasımovun Mahmudavar kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Anım zamanı şəhidin keçdiyi döyüş yolu və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açılıb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əlihüseyn Şükürov, Cənub Media