Lənkəran Dövlət Dram Teatrında oktyabrın 10-u uşaqlar və böyüklər üçün “Gülşən və Küpəgirən Qarı” adlı nağıl tamaşası nümayiş olunacaq.
Cənub Media xəbər verir ki, Günay Səlimsoyun quruluşunda hazırlanan səhnə əsərində sehrli meşə, maraqlı macəralar və xeyirlə şərin mübarizəsi təqdim edilir.
Tamaşada Gülşənin saf qəlbi, Küpəgirən qarının sirli dünyası, nağıl atmosferi və rəngarəng obrazlar bir araya gətirilir.
Təşkilatçılar tamaşanın uşaqlar üçün maraqlı və yaddaqalan səhnə əsəri olacağını bildirirlər.
Nağılsevərlər “Gülşən və Küpəgirən Qarı” tamaşasını 10 oktyabr saat 12:00-da izləyə bilərlər.
Cənub Media