Milli Məclisin deputatı Rəşad Mahmudov Astarada seçicilərlə növbəti görüşünü keçirib.
Cənub Media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatında keçirilən qəbul zamanı 20-dən çox vətəndaşın müraciəti fərdi qaydada dinlənilib.
Görüşdə vətəndaşların sosial, hüquqi, səhiyyə, məşğulluq və digər məsələlərlə bağlı müraciətləri müzakirə olunub.
Qaldırılan məsələlərin bir qisminə yerindəcə aydınlıq gətirilib, onların mümkün həlli ilə bağlı müvafiq addımlar müəyyənləşdirilib. Əlavə araşdırma və aidiyyəti dövlət qurumlarının müdaxiləsini tələb edən müraciətlər isə qeydə alınaraq nəzarətə götürülüb.
Rəşad Mahmudov bildirib ki, seçicilərlə birbaşa ünsiyyətin qurulması və onların müraciətlərinin dinlənilməsi deputat fəaliyyətinin əsas istiqamətlərindəndir.
Deputat qeyd edib ki, seçicilərlə davamlı təmasın saxlanılması, müraciətlərə həssas və məsuliyyətli yanaşılması bundan sonra da fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.