Masallı şəhərində taekvondo idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub.
Cənub Media xəbər verir ki, Heydər Əliyev adına Xatirə Parkında keçirilən tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi ilə Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Nümunəvi çıxışlarda Azərbaycan Taekvondo Federasiyasının Nümunəvi Çıxışlar Komandasının üzvləri iştirak ediblər.
Tədbirin əsas məqsədi uşaq, yeniyetmə və gənclərin idmana marağının artırılması, onların sağlam həyat tərzinə cəlb olunması və taekvondonun daha geniş təbliğ edilməsidir.
Çıxışlar zamanı taekvondo idman növünün müxtəlif elementləri nümayiş etdirilib və iştirakçılara bu idman növü barədə əyani məlumat verilib.
Təşkilatçılar belə tədbirlərin idmanın kütləviləşdirilməsinə və gənclərin sağlam həyat tərzinə təşviqinə xidmət etdiyini bildiriblər.