Lənkəran şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 15 küçədə asfaltlanma işləri başa çatdırılıb.
Cənub Media xəbər verir ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən layihə çərçivəsində ümumilikdə 17 410,5 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənərək sakinlərin istifadəsinə verilib.
Asfalt örtüyü çəkilən küçələr arasında Arif Bağırov, M.Maqomayev, Nizami, Emil Qurbanov, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Barat Şükürov, Natiq Manafov və M.M.Axund küçələri, həmçinin Ş.Xiyabanı döngə 4, Kamil Kazımov döngə 1, Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1 və Hənifə Abdullayev dalan 1 ünvanları yer alır.
Əldə etdiyimiz məlumata görə, Lənkəran şəhərində təmirə ehtiyacı olan küçələr müəyyənləşdirilib və yol infrastrukturunun yaxşılaşdırılması işləri Tədbirlər Planına uyğun olaraq mərhələli şəkildə davam etdiriləcək.
Növbəti mərhələlərdə digər təmirə ehtiyacı olan küçələrin də ayrılmış büdcə vəsaitləri çərçivəsində növbəlilik əsasında yenilənməsi nəzərdə tutulur.
Qeyd edeək ki, görülən işlərin əsas məqsədlərindən biri şəhər ərazisində yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat hərəkətinin təmin edilməsidir.
İlkin Adıyev, Cənub Media

