Masallının Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin və Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin adını daşıyan muzeyə gedən yolun asfaltlanmasına başlanılıb.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ərazidə olub, aparılan asfaltlanma işləri ilə yerində tanış olub.
Rayon rəhbərinə görülən işlər və yolun asfaltlanması prosesi barədə məlumat verilib. Araz Əhmədov işlərin müəyyən olunmuş tələblərə uyğun və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Şəhidlərin anası Ziba Əsgərli və atası Bayram Əsgərli göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Cənub Media-nın məlumatına görə, muzeyə aparan yolun yenilənməsi həm şəhidlərin əziz xatirəsinə ehtiramın, həm də şəhid ailələrinə göstərilən diqqətin növbəti nümunəsidir.
Əlihüseyn Şükürov, Cənub Media