Cəlilabadda “ZİL” avtomobilinin altında qalan sürücü xilas edildi
Cənub Media xəbər verir ki, Cəlilabad rayonunun Sabirabad kəndində təmir zamanı yük avtomobilinin altında qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb.
Məlumata görə, kənd sakini Abbasov Xanhüseyn “ZİL” markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsini qaldıran kran qəfil buraxıb. Nəticədə avtomobil aşağı düşüb və sürücü onun altında sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xüsusi xilasetmə vasitələrindən istifadə edən əməkdaşlar Xanhüseyni avtomobilin altından çıxararaq təhlükəsiz əraziyə təhvil veriblər.
İlkin məlumata görə, sürücü hadisə zamanı yüngül bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
İlkin Adıyev, Cənub Media