Cəlilabad rayonunun Uzuntəpə kəndində içməli su xəttində qəza baş verib.
Cənub Media xəbər verir ki, qəza nəticəsində xəttdən çıxan su yolun hərəkət hissəsinə axaraq ərazidə su basmasına səbəb olub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində iş aparılır.
İlkin Adıyev, Cənub Media