Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cənub Media xəbər verir ki, qəza Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, yolun 155-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Astara istiqamətində hərəkətdə olan, 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iri tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Avtomobildə sıxılıb qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılıb. Hadisə nəticəsində həyatını itirən şəxslərin meyitləri nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.