Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb.
Cənub Media-nın əldə etdiyi məlumata görə, əməliyyat Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat tədbiri nəticəsində 25 yaşlı İskəndər Dadaşov saxlanılıb. Ondan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
İlkin Adıyev, Cənub Media