Yardımlının 3 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Lənkəran Regional Qaz İstismarı İdarəsindən Cənub Media-ya bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 15-də Yardımlı rayonunun üç kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, saat 15:00-dan etibarən Şəfəqli, Perimbel və Cirimbel kəndlərinin qaz təchizatı təmir-quraşdırma işləri başa çatanadək dayandırılacaq.
Qaz təchizatının işlər yekunlaşdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı bildirilir.