Cənub Media xəbər verir ki, cari il üzrə nəzərdə tutulan infrastruktur layihələri çərçivəsində şəhərin 15 küçəsində əsaslı təmir və asfaltlanma işlərinin aparılması planlaşdırılır.
Təmir olunacaq küçələrin siyahısına Arif Bağırov, M.Maqomayev, Nizami, Ş.Xiyabanı döngə 4, Emil Qurbanov küçəsinin bir hissəsi, Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Hənifə Abdullayev dalan 1, Kamil Kazımov döngə 1, Barat Şükürov, Natiq Manafov və M.M.Axund küçəsinin bir hissəsi daxildir.
Hazırda bəzi ünvanlarda işlərə başlanılıb.
Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov asfaltlanması həyata keçirilən 2 küçədə – Ramin Rzayev və Barat Şükürov küçələrində aparılan təmir-tikinti işlərinin gedişatı ilə yaxından tanış olub.
Baxış zamanı görülən işlərin keyfiyyəti və müəyyən edilmiş qrafikə uyğun icrası ilə bağlı aidiyyəti şəxslərə tapşırıq və tövsiyələr verilib.
