Vətən müharibəsi şəhidi Qənbərli Mehdi Sübhi oğlunun anım günü ilə əlaqədar Lənkəranın Tatoba kənd qəbiristanlığında məzarı ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarı önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.
Ziyarət zamanı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb. O, dövlətin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran


