Cənub Media xəbər verir ki, səfərin əsas məqsədi əhali arasında qrip üzrə kəşfiyyat xarakterli epidemioloji nəzarətin gücləndirilməsi, müşahidə sisteminin təkmilləşdirilməsi və Milli Qrip Mərkəzinin rəsmi akkreditasiyası istiqamətində beynəlxalq mentorluq dəstəyinin göstərilməsi olub.
Görüşdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ilkin səhiyyə xidmətləri üzrə direktor müavini Elgiz Baxşəliyev, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova, ÜST-nin Regional Ofisinin ekspertləri James Fielding və Margaux Mesle, təşkilatın ölkə ofisinin mütəxəssisi Cəvahir Süleymanova və məsləhətçisi Ləman Qasımova iştirak ediblər.
Monitorinq qrupu xəstəxanada müvafiq sahələr üzrə mövcud vəziyyətlə tanış olub. Qripə dair epidemioloji məlumatların toplanması, müşahidəsi və təhlili prosesləri müzakirə edilib. Eyni zamanda beynəlxalq təcrübənin tətbiqi, epidemioloji nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və laboratoriya fəaliyyətinin müvafiq standartlara uyğunlaşdırılması məsələləri nəzərdən keçirilib.
Beynəlxalq mentorluq səfərinin qrip infeksiyasının vaxtında aşkarlanması, epidemioloji vəziyyətin daha səmərəli izlənilməsi və ölkənin bu sahədə nəzarət imkanlarının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Cənub Media, Lənkəran