Cəlilabad rayonunun altı kəndində yararsız elektrik dirəklərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 4-də elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Cənub Media xəbər verir ki, saat 12:00-dan 16:00-dək davam edəcək fasilə Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndlərini əhatə edəcək.
Təmir işləri ilə əlaqədar qeyd olunan yaşayış məntəqələri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.
Cənub Media, Cəlilabad