Lənkəran şəhərində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin altıncı ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçiriləcək.
Cənub Media xəbər verir ki, “Zəfər veloyürüşü” noyabrın 4-də saat 15:30-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Veloyürüşün startı Lənkəran şəhərindəki Sahil Parkından veriləcək. İştirakçılar Heydər Əliyev prospekti boyunca hərəkət edərək Bayraq meydanına çatacaqlar.
Təşkilatçılar şəhər sakinlərini və velosiped həvəskarlarını tədbirə qoşulmağa dəvət edirlər. Yürüşün Zəfər və Dövlət Bayrağı Gününün rəmzi mənasını birlik, həmrəylik və vətənpərvərlik ruhunda qeyd etmək məqsədi daşıdığı bildirilir.
Cənub Media, Lənkəran