Cəlilabad rayonunun Göytəpə şəhərindəki Vüqar Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə fənlərarası inteqrasiyaya əsaslanan nümunəvi dərs təşkil olunub.
Cənub Media xəbər verir ki, biologiya müəllimi Əlizamin Əliyev və Azərbaycan dili müəllimi Günel Əliyevanın birgə apardığı dərsdə iki fənnin mövzuları qarşılıqlı əlaqələndirilərək vahid təlim prosesi çərçivəsində təqdim edilib.
İnteqrativ dərsin əsas məqsədi şagirdlərin müxtəlif fənlər üzrə bilikləri əlaqələndirmək, yaradıcı və məntiqi təfəkkürünü inkişaf etdirmək, öyrəndiklərini praktikada tətbiq etmək bacarıqlarını gücləndirmək olub.
Dərsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Sübhi Rəcəbov, Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, məktəbin metodistləri və fənn müəllimləri izləyiblər.
Belə dərslər müəllimlər arasında əməkdaşlığın genişləndirilməsinə, müasir təlim metodlarının tətbiqinə və şagirdyönümlü tədris mühitinin formalaşdırılmasına xidmət edir.
Cənub Media, Cəlilabad

