Lənkəranda Vətən müharibəsi şəhidi Məmmədov Rəşid Rəşad oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət edilib.
Cənub Media xəbər verir ki, oktyabrın 29-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidin Sütəmurdov kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. O, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu və onlara diqqət və qayğının davam etdirildiyini vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran