Masallı rayonunun Boradigah qəsəbəsi və bir neçə kəndində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Cənub Media xəbər verir ki, oktyabrın 30-da saat 10:00-dan etibarən təmir-quraşdırma işləri başa çatanadək Boradigah qəsəbəsinin, Mollaoba, Babaser və Bədəlan kəndlərinin, eləcə də Türkoba kəndinin bir hissəsinin qazla təminatında müvəqqəti fasilə olacaq.
Qaz təchizatının bərpa olunması təmir-quraşdırma işlərinin yekunlaşmasından sonra mümkün olacaq.
Qeyd edək ki, qaz təchizatında yaranacaq müvəqqəti fasilə adıçəkilən yaşayış məntəqələrinin sakinlərinin gündəlik məişət şəraitinə təsir göstərə bilər.
Cənub Media, Masallı