Astara idmançıları savat idman növü üzrə keçirilən ölkə birinciliyi və çempionatında uğurlu nəticə göstərərək 1 qızıl və 4 bürünc medal qazanıblar.
Cənub Media xəbər verir ki, yarış oktyabrın 25-də Sumqayıt Olimpiya İdman Kompleksində savat idman növü üzrə VI ölkə birinciliyi və çempionatı çərçivəsində “Savate assault” versiyası üzrə təşkil olunub.
Yarışda “Astara Aslan” Döyüş İdman Klubunun təmsilçiləri fərqləniblər. 15–17 yaş qrupu üzrə mübarizədə Ceyhun Məmmədov qızıl medala layiq görülüb. Klubun digər idmançıları Fatimə Məmmədli, İsrafil Şiriyev, Yusif Şükürlü və Əfraim Nəhmətzadə isə bürünc medal qazanıblar.
İdmançıların məşqçisi “Astara Aslan” İdman Klubunun məşqçisi Zamin Baxşıyevdir.
Qazanılan medallar Astara idmançılarının yarışda uğurlu çıxışının göstəricisidir. İdmançıları və məşqçilərini əldə etdikləri nəticələr münasibətilə təbrik edirik.
Cənub Media, Astara