Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Nizami Kino Mərkəzi və SBRLY-nin təşkilatçılığı ilə keçirilən VI Buktreyler Beynəlxalq Film Festivalı başa çatıb.
Oktyabrın 20-də Nizami Kino Mərkəzində festival qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Cənub Media xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının əməkdaşı Şəhriyar Camalbəyli də festivalda uğurla təmsil olunub. O, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” kitabı əsasında hazırladığı buktreylerə görə (quruluşçu rəssam: Fuad Hüseynov) “Ən yaxşı buktreyler” nominasiyası üzrə mükafata layiq görülüb.
Lənkəran teatrının kollektivi Şəhriyar Camalbəylini bu uğur münasibətilə təbrik edir, ona gələcək yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayır!
Cənub Media, Lənkəran