Jurnalist Rəhman Məlikli süni intellekt texnologiyalarından istifadə etməklə hazırladığı daha bir filmin treylerini izləyicilərə təqdim edib.
Cənub Media xəbər verir ki, “Əsirlikdən qaçış” adlı film Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş hərbçi Rafiq İsmayılovun xatirələri əsasında hazırlanıb. Film tamamilə süni intellekt vasitəsilə ərsəyə gətirilib.
Filmdə Rafiq İsmayılovun obrazı onun müharibə dönəmindəki görüntüləri əsas götürülərək süni intellekt vasitəsilə yaradılıb.
Müəllifin filmi yaxın vaxtlarda özünün YouTube kanalında yayımlayacağı gözlənilir.
Cənub Media, Cəlilabad