Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Cənub Media xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə sürücü xəsarət alıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Biləsuvar