????????????????????????????????????
Vətən müharibəsi şəhidi Zülfüqarzadə Fariz Fərhad oğlunun anım günü ilə əlaqədar Lənkəranda məzarı ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin “Kiçik Bazar” qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Ziyarət zamanı məzarın önünə tər çiçəklər düzülüb, şəhidin ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. O, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran