Lənkəran-Astara iqtisadi rayonunun turizm potensialının tanıdılması və yerli turizm imkanlarının təşviqi məqsədilə bölgədə tanışlıq infoturu təşkil olunub.
Cənub Media xəbər verir ki, oktyabrın 8-9-da Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə keçirilən infoturda turizm sənayesinin 50 yerli nümayəndəsi iştirak edib. Tədbirin təşkilinə Lənkəran Regional Turizm İdarəsi dəstək göstərib.
İnfotur iştirakçıları Lənkəran Regional Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən turizm informasiya məntəqəsinin işi ilə tanış olublar. Qonaqlara bölgənin turizm imkanları barədə məlumat verilib, turistik xəritələr və broşürlər təqdim edilib.
Təşkil olunan infoturun məqsədi Lənkəran və Astaranın turizm potensialının turizm sənayesi nümayəndələrinə tanıdılması, bölgənin mövcud imkanları barədə məlumatlılığın artırılması və yerli turizm marşrutlarının təşviqinə dəstək göstərilməsidir.
İlkin Adıyev, Cənub Media, Lənkəran



