Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.
Cənub Media xəbər verir ki, dolu saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində müşahidə olunub.
Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb. İlkin məlumata görə, bəzi yerlərdə ağaclar aşıb.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Ərazidə dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.
Cənub Media, Lənkəran