“PeşəFest 2026” layihəsi çərçivəsində növbəti tədbirlərdən biri Masallıda keçiriləcək.
Cənub Media xəbər verir ki, Festival oktyabrın 9-da təşkil olunacaq.
Tədbir çərçivəsində əmək bazarında aktual olan müxtəlif peşə və ixtisaslar barədə iştirakçılara məlumat veriləcək. Şagirdlər, tələbələr, valideynlər, işaxtaran və işsiz şəxslər mütəxəssislərlə görüşərək peşə seçimi və karyera imkanları barədə məlumat əldə edə biləcəklər.
İlkin Adıyev, Cənub Media