Varikoz damar genişlənməsi ayaqlarda ağırlıq, yorğunluq, ağrı və şişkinlik kimi əlamətlərə səbəb ola bilər. Xüsusilə uzun müddət ayaqüstə qalma və ya çox gəzmə zamanı bu şikayətlər daha da arta bilər.
Cənub Media xəbər verir ki, varikozla bağlı xalq arasında müxtəlif ev üsulları və maz reseptləri yayılıb. Onlardan biri donuz piyi, soğan suyu, aloe şirəsi, ixtiol mazı və balın qarışığından hazırlanan məlhəmdir.
Xroniki varikozda 2 həftəyə nəticə verən, rus nənələrinin məşhur maz reseptini təqdim edir.
Reseptə əsasən, hər birindən bir xörək qaşığı götürülərək kiçik qabda zəif odda qarışdırılır. Qarışığın qaynamasına yol verilməməsi, daha sonra süzülərək soyudulması və sərin yerdə saxlanılması tövsiyə edilir.
Xalq təbabətində bu qarışıqdan axşam saatlarında varikoz olan nahiyəyə sürtülməsi və üzərinin tənziflə örtülərək səhərə qədər saxlanılması məsləhət görülür.
Cənub Media