Cənub sakinləri üçün vergi qəbuluna qeydiyyat davam edir.
Cənub Media xəbər verir ki, Lənkəranda keçiriləcək vətəndaş qəbulunda yeddi rayonun sakinləri iştirak edə biləcəklər.
Qəbul Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad sakinlərinin vergi məsələləri ilə bağlı müraciətlərini əhatə edəcək.
Vətəndaşların qəbul üçün əvvəlcədən qeydiyyatdan keçməsi tələb olunur.
İlkin Adıyev, Cənub Media