Lənkəranda vergi məsələləri ilə bağlı vətəndaş qəbulu keçiriləcək.
Cənub Media xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev oktyabrın 16-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11:00-dan başlayacaq və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Lənkəran şəhərində yerləşən inzibati binasında keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar oktyabrın 14-dək müraciət edə bilərlər.
İlkin Adıyev, Cənub Media