Cəlilabadda Dövlət Suverenliyi Gününə həsr olunan boks turniri keçirilib.
Cənub Media xəbər verir ki, Cəlilabad şəhərində “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş boks üzrə rayon turniri keçirilib.
17–19 sentyabr tarixlərində Cəlilabad şəhər Boks zalında keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Turnirdə 8 çəki dərəcəsi üzrə 48 idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışın yekununda qalib və mükafatçılar müəyyənləşib.
Yarışda fərqlənən idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.