Lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Xəlilov Yusif Məmmədrza oğlunun anım günü ilə əlaqədar Lənkəranda məzarı ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Ziyarət zamanı məzar önünə tər çiçəklər düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad olunub və ruhuna dualar oxunub.
Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və ehtiyacları ilə maraqlanıb. İcra başçısı dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

