Astara rayonunda evinin damında təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq həyatını itirib.
Cənub Media xəbər verir ki, hadisə rayonun Miki kəndində baş verib.
Məlumata görə, 1952-ci il təvəllüdlü Abid Şəfəqqətov yaşadığı evin damında təmir işləri apararkən yıxılıb. Aldığı xəsarətlər nəticəsində onun öldüyü bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.