Masallı Rayon İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları ilə görüş təşkil olunub.
Cənub Media xəbər verir ki, görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Xəlilov, icra hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, eləcə də şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları iştirak ediblər.
Görüş zamanı Araz Əhmədov iştirakçıların sosial vəziyyəti, gündəlik həyatda qarşılaşdıqları çətinliklər və onları narahat edən məsələlərlə maraqlanıb, müraciətlərini dinləyib.
Rayon rəhbəri şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, onların sosial müdafiəsinin gücləndirilməsi, qarşılaşdıqları problemlərin həlli və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Görüşdə iştirak edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, onları maraqlandıran məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Cənub Media, Masallı
