Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Nəfəsim Vətən” əsəri əsasında hazırlanan tamaşa ilə çıxış edib.
Cənub Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan səhnə əsərində Qarabağ müharibələrinin ağrılı nəticələri, doğma yurdlarından didərgin düşmüş insanların taleyi, illərlə davam edən torpaq həsrəti və tarixi Zəfərdən sonra doğma torpaqlara qayıdışın sevinci bədii şəkildə əks etdirilib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova, quruluşçu rəssamı isə Fuad Hüseynovdur.
Səhnə əsərini Lerik rayonunun şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri izləyiblər. Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Cənub Media, Lerik


