????????????????????????????????????
Lənkəran şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Tədbir çərçivəsində şəhərin müxtəlif ərazilərində ümumilikdə 2200 ağac tingi torpağa basdırılıb.
Cənub Media xəbər verir ki, noyabrın 6-da Heydər Əliyev prospektində keçirilən aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağac tingləri əkilib, həmçinin şəhərin park və xiyabanlarında dekorativ ağac və gül kolları ilə yaşıllıq sahələri genişləndirilib.
Tədbirin əsas məqsədi Zəfər Gününün mənəvi əhəmiyyətini vurğulamaqla yanaşı, ətraf mühitin mühafizəsinə töhfə vermək, şəhərin yaşıllıq fondunu artırmaq və ekoloji tarazlığın qorunmasına diqqəti yönəltmək olub.
Qeyd edək ki, Zəfər Günü münasibətilə keçirilən bu cür aksiyalar milli birlik və həmrəylik duyğularının təbliği ilə yanaşı, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin yaradılmasına xidmət edir.
Cənub Media, Lənkəran



