Vətən müharibəsi şəhidləri Hadıyev Raqim Teymur oğlunun, İbadzadə Zabil Fikrət oğlunun və Cəfərzadə Eşqin Hamlet oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Ələzəpin, Ürgə və Şiləvar kənd qəbiristanlıqlarında yerləşən məzarları önünə tər çiçəklər düzüb, ruhlarına dualar oxuyublar.
Ziyarət zamanı şəhid ailələrinin üzvləri ilə görüşülüb, onların qayğı və problemləri ilə maraqlanılıb. Dövlətin hər zaman şəhid ailələrinin yanında olduğu vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran

