Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Cənub Media xəbər verir ki, Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin S.Dadaşzadə olduğu müəyyən edilib. Onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olduğu, özünün isə heç vaxt hüquq-mühafizə orqanlarında xidmət etmədiyi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır, şəxslə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.
Cənub Media, Lənkəran