????????????????????????????????????
Vətən müharibəsi şəhidi Səmədov Kamran Ceyhun oğlunun anım günü ilə əlaqədar Liman şəhər qəbiristanlığında məzarı ziyarət olunub.
Cənub Media xəbər verir ki, ziyarətdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. Daha sonra Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Cənub Media, Lənkəran