Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil ediləcək.
Cənub Media xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 7-də Masallı rayonunda “Masallı marafonu – 2026” yarımarafon yarışı keçiriləcək.
Saat 07:30-da start götürəcək yarış Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndinin ərazisini əhatə edən 21 kilometrlik marşrut üzrə təşkil olunacaq.
Yarımarafonda Bakı Marafon Klubunun üzvləri ilə yanaşı, digər marafonçuların da iştirakı nəzərdə tutulur.
Tədbirin Zəfər Gününə həsr olunması idmanın təbliği, sağlam həyat tərzinin təşviqi və iştirakçılar arasında həmrəylik ruhunun gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Cənub Media, Masallı